Notr-Dam kilsəsində məskunlaşan arılar yanğından ziyan çəkməyiblər

Notr-Dam kilsəsində məskunlaşan arılar yanğından ziyan çəkməyiblər
00:47 21 Aprel 2019
121 Maraqlı
Ölkə mətbuatı
A- A+

Notr-Dam kilsəsində məskunlaşan təxminən 200 min arı yanğından sonra sağ qalıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, alov kilsənin aşağı mərtəbəsinin damında, yanğının başlandığı hissəsinin 30 metr yaxınlığında yerləşən arı pətəklərinə toxunmayıb.

Notr-Damda illərdir ki, 3 ədəd arı pətəyi yerləşir. Bu pətəklərə kilsənin din xadimləri nəzarət edirlər. Arıların heç bir ziyan çəkmədiyini onlar əsl möcüzə adlandırırlar.

Güclü yanğın Parisin ən əsas görməli yerlərindən birində aprelin 15-də baş verib. Nəticədə kilsənin günbəzi, saatları və damının böyük hissəsi dağılıb. Fransa Prezidenti Emmanuel Makron Notr-Dam kilsəsinin beş il ərzində bərpa ediləcəyinə söz verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/748469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR