Sərnişin avtobusu minik maşını ilə toqquşdu, 5 yaralı var -

Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar - Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51), Məmmədov Xəyyam (38), Səfərov Bəxtiyar (38) və Məmmədov Eldəniz (49) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralıların hansı nəqliyyat vasitəsində olduğu məlum deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR