Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
13:36 21 Aprel 2019
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzind bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-11° isti, Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti təşkil edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3049885.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR