Türkiyə və Azərbaycan birgə vaqon istehsal edəcəklər - Nazir

Türkiyə və Azərbaycan birgə vaqon istehsal edəcəklər - Nazir
11:42 24 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Türkiyə və Azərbaycan Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində dəmiryol vaqonlarının istehsalı üzrə birgə müəssisə yaradacaqlar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahid Turxan deyib.

O, birgə müəssisənin Azərbaycanda yaradılacağını bildirib.

Nazir əlavə edib ki, artıq müəssisənin tikiləcəyi əraziyə baxış keçirilib.

Qeyd edək ki, bundan əvvəl "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Azərbaycan və Türkiyənin dəmiryol vaqonlarının birgə istehsalı məsələsinə baxdığını demişdi. Onun sözlərinə görə, birgə istehsalatın Sumqayıt Texnologiyalar Parkında təşkil edilməsi planlaşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/749359.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR