ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun konfransı Minskdə keçiriləcək

ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun konfransı Minskdə keçiriləcək
10:07 25 Aprel 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

Belarusun paytaxtı Minsk şəhərində aprelin 28-30-da "Bir kəmər, bir yol: davamlı inkişaf və tərəqqi naminə əməkdaşlığın dərinləşdirilməsi" mövzusunda ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun II Beynəlxalq Parlament Konfransı keçiriləcək.
"Report" Belarus KİV-inə istinadən xəbər verir ki, bu barədə Belarus Milli Assambleyasının (parlament) Nümayəndələr Palatasının sədr müavini Boleslav Pirştuk brifinqdə bildirib.
Minskdə keçiriləcək konfransa müxtəlif ölkələrin, o cümlədən Azərbaycan, Avstriya, İtaliya, Qırğız Respublikası, Monqolustan, Rusiya, Serbiya, Türkiyə və İsveçrənin parlament üzvləri, işgüzar dairələrinin nümayəndələri qatılacaqlar.
İştirakçılar iqtisadi əməkdaşlıq məsələlərini, eləcə də layihənin investisiya cəlbediciliyini müzakirə edəcəklər.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/atet-pa-nin-i-pek-yoluna-destek-qrupunun-konfransi-minskde-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR