“Xüsusi qabiliyyət imtahanları” jurnalının

"Yaxın günlərdə “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci nömrəsi nəşr ediləcək".

Metbuat.az-ın məlumatına görə, bu barədə mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Ali Təhsil üzrə Yoxlama-Ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev məlumat verib. Onun sözlərinə görə, həmin jurnal orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına həsr ediləcək və bu nəşrdə ixtisaslar üzrə bütün zəruri materiallar öz əksini tapacaq. Bu il orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imrtahanlarında bəzi yeniliklərin tətbiq edilməsi nəzərdə tutulub. Belə ki, bu il ilk dəfə olaraq “Musiqi sənəti” istiqamətinin müvafiq ixtisasları üzrə musiqi nəzəriyyəsi və solfecio fənnindən imtahanlar test üsulu ilə keçiriləcək. İmtahanın nəticəsi 30 ballıq şkala ilə qiymətləndiriləcək. 15 və daha yüksək bal toplamış abituriyentlərin nəticəsi məqbul hesab ediləcək.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)