Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib
13:27 25 Aprel 2019
60 Digər
Ölkə mətbuatı
A- A+

"Sərhədçi" Olimpiya İdman Mərkəzində 15 yaşadək yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib.
"Report"un məlumatına görə, yarışda müxtəlif bölgələrdən olan 464 cüdoçu mübarizə aparır. Birinciliyin ilk günü oğlan və qızlar arasında 3 çəki dərəcəsində qaliblər müəyyənləşib. 
Qalib və mükafatçılara medallar, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim edilib.
Qeyd edək ki, kiçikyaşlı yeniyetmələrin ölkə birinciliyinə aprelin 26-da yekun vurulacaq.



Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/yeniyetme-cudocular-arasinda-azerbaycan-birinciliyine-start-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR