Axşam.az-ın məlumatına görə, sənətçi Nuranə adlı xanımla ailə qurub.
Təəssüratlarını bölüşən N.Rəhimov şad günündə onu tək qoymayanlara təşəkkür edib:
“Bu gün özümün seçib-sevdiyim xanımla ailə qurdum. Bu xoş günümdə sənət dostlarım da məni tək qoymadı. Əziyyət çəkib gələn hamıya təşəkkür edirəm”.
Mərasimdə “Şeron” qrupları, əməkdar artist Babək Niftəliyev, müğənnilər Samir Cavadzadə, Elvin Abdullayev, Yaşar Yusub, Vüqar Muradov, Eldəniz Zeynalov və başqaları yer alıb.
Foto: Ramin ASLANOV






























