XİN Keşikçi Dağı məbədi ilə bağlı yayılan iddialara

Azərbaycan həmişə Gürcüstanla sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Metbuat.az-a bildirib ki, Keşikçidağ monastır kompleksinə girişini məhdudlaşdırmaq barədə Gürcüstan mediasında yayılan məlumatlara münasibət bildirərkən deyib.

L.Abdullayeva qeyd edib ki, Keşikçidağ (David Qareci) monastır kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca təxminən 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür:

"Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə prosedurları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur.

Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR