“Azərbaycanın nəqliyyat qovşaqları Çinin böyük layihələri üçün..."

“Azərbaycan çoxtərəfli xarici iqtisadi əlaqələrinin Şərq istiqamətini də işə salmaqdadır. Ölkə faktiki Qərb və qonşuları ilə bağladığı milyardlıq layihələri dividentə çevirə bilib”.

Prezident İlham Əliyevin Çinə səfərini Metbuat.az-a şərh edən Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, indi Azərbaycan üçün daha böyük bir iqtisadi məkanın qapıları açılmağa başlayıb:

Ölkə prezidenti 24 apreldə Çin rəhbərlərinin dəvəti ilə 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumunda iştirak etmək üçün işgüzar səfər edib. Görüş Azərbaycan üçün əlamətdar hadisələrlə yadda qalıb. Bəs, Şərqin böyük iqtisadi əjdahası ilə əlaqələr Azərbaycana nə verə bilər? Hansı detallar bu əlaqələri möhkəmləndirir?

Birincisi, Çin Azərbaycana Avropaya çıxan qapıkimi baxır; (Bakı limanı ilə)

İkincisi, Çin Xalq Respublikasının Sədri Si Cinpinin müəllifi olduğu "Bir kəmər, bir yol" strategiyasının səmərəli olması üçün Azərbaycana ehtiyacı olduğunu rəsmən etiraf etdi;

Üçüncüsü, Azərbaycanın ölkənin iqtisadi, ticarət, kənd təsərrüfatı, enerji, neft kimyası, turizm sahələrinə Çin kapitalının qoyulacağı dəqiqləşdi;

Dördüncüsü, beynəlxalq təşkilatlarda əməkdaşlıq, mövqelərin uzlaşdırılması qərara alıdı; Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri yeni müstəviyə keçdi;

Beşincisi, Azərbaycan Bakı-Tbilisi-Qars dərmir yolu xəttini açmaqla "Bir kəmər, bir yol" təşəbbüsü müstəvisində əsas orta dəhliz oldu və artıq Azərbaycanın nəqliyyat qovşaqları Çinin böyük layihələri üçün plasdarm rolunu oynayacaq;

Altıncısı, Azərbaycan Çinə konkret siyahısı müəyyənləşmiş kənd təsərrüffatı malları satacaq, onlar isə investisiya qoyacaq;

Yeddincisi, Çindən milyonlara turist axını başlayacaq, qərar verildi, təbliğat işinə başlanılıb;

Səkkizinci, bu Şərq xalqları arasında xalq diplomatiyasıdır;

Doqquzuncusu, Azərbaycan vasitəsilə İran və İraq internet şəbəkəsinə qoşulub, İndi isə Xəzər dənizinin dibi ilə Türkmənistana, oradan isə yerdə qalan Mərkəzi Asiya ölkələri, o cümlədən, Əfqanıstan və Pakistana fiber-optik xəttin çəkilməsi gözlənilir;

Onuncusu, Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi”;

Bəs, “Bir kəmər, bir yol” layihəsi nə deməkdir?

Əziz Əlibəyli bildirir ki, bu, Çin prezidentinin 6 il əvvəl Qazaxıstanda olarkən irəli sürdüyü ideyadır. Artıq 124 ölkə və 29 Təşkilat bu təşəbbüsə qoşulub:

“Bir sözlə, çoxprofilli əməkdaşlıq platformasıdır, hansı ki, Çin və digər istənilən tərəfdaş ölkəni əhatə edir. Nəhayət, Azərbaycan Cənubi Qafqazda Çinin ən böyük ticari partnyorudur. Ötən il iki ölkənin iqtisadi dövriyyəsi 1,3 milyard dollar olub.

Pekində keçirilən 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumu çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon dollar olan saziş imzalanıb.

İnvestor nəhəngi Çinin Azərbaycana gəlişi bu ölkə üçün inanılmaz fayda və töhfə verəcək. Dövriyyə 2 milyard həddindən çıxaraq, 20 milyard dollarlıq potensiala qısa müddətdə çata biləcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR