Sevgilisini "öldürüb", təslim olan idmançı gerçəyi biləndə dəhşətə gəldi - FOTO

Sevgilisini "öldürüb", təslim olan idmançı gerçəyi biləndə dəhşətə gəldi - FOTO
13:37 30 Aprel 2019
144 Dünya
Ölkə mətbuatı
A- A+

Sevgilisini öldürdüyünü etiraf etmək üçün polis idarəsinə gedən boksçu peşman olub.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, qatil olduğunu düşünərək polisə təslim olan idmançı gerçəkləri biləndə özünü itirib.

Argentinalı idmançı 24 yaşlı Javier Sosa sevgilisi, 19 yaşlı Candela Castronu öldürdüyünü düşünərək polisə təslim olub. Lakin məlum olub ki, qız sağdı və sadəcə, huşunu itirib.

O, ifadəsində bildirib ki, qızla onun sekslə məşğul olmaq təklifinə "yox" dediyinə görə dalaşıb və onu itələyib.

Oğlan qadına qarşı şiddət göstərdiyinə görə saxlanılıb. Məsələ ilə bağlı araşdırma aparılır.

Emin
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/750924.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR