Baş prokuror xəstəxanada baş vermiş ölüm hadisəsini nəzarətə götürdü

Baş prokuror xəstəxanada baş vermiş ölüm hadisəsini nəzarətə götürdü
19:23 30 Aprel 2019
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir şəhər sakini Məcnun Məmmədovun “Şəfa” özəl tibbi diaqnostik klinikasının və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin həkimlərinin səhlənkarlığı ucbatından vəfat etməsi barədə mərhumun qardaşı Əhməd Məmmədovun müraciəti Mingəçevir şəhər prokurorluğunda araşdırılır.

Baş Prokurorluqdan Publika.az-a verilən məlumata görə, Baş prokuror araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmasının təmin edilməsi üçün diaqnostik klinikanın və Publik Hüquqi Şəxsin həkimləri tərəfindən Məclum Məmmədova düzgün diaqnoz qoyulub-qoyulmaması, aparılmış müayinələrin, habelə xəstəyə tibbi yardımın qoyulmuş diaqnoza uyğun aparılıb-aparılmamasının yüksək ixtisaslı mütəxəssislər cəlb edilməklə müəyyənləşdirilməsi məqsədi ilə Səhiyyə nazirinə müraciət edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/277269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR