Ağdaşda zəhərlənənlər xəstəxanadan evə buraxılıblar

Ağdaşda zəhərlənənlər xəstəxanadan evə buraxılıblar
15:36 2 May 2019
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Ağdaş rayonunda baş vermiş zəhərlənmə hadisəsindən zərərçəkən xəstələr evə buraxılıblar.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, mayın 2-də Ağdaş rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Hadisə gecə saat 2 radələrində qeydə alınıb. 12 nəfər Ağdaş rayonu Aşağı Ləki kənd sakini halsızlıq, qarın ağrısı, ürəkbulanma və qusma simptomları ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə daxil olublar. Onlardan 6 nəfəri uşaq olub:

"Sakinlərə toksiki və qida zəhərlənmələri diaqnozu qoyulub. Xəstələr üzərində zəruri müalicə tədbirləri görülüb, mədə-bağırsaqları yuyulub və onlara lazımi dərman vasitələri verilib.

Xəstələrin vəziyyəti yaxşılaşıb və onlar həmin tarixdə öz ərizələri əsasında evə buraxılıblar.

Məlumat üçün bildirək ki, zəhərlənən şəxslərə ödənişsiz olaraq tibbi xidmətlər göstərilib".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3056103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR