Aİ rəsmisi: "Azərbaycanda uğurlu xarici siyasət yürüdülür"

Aİ rəsmisi: "Azərbaycanda uğurlu xarici siyasət yürüdülür"
12:42 3 May 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

"Avropa gündən-günə inkişaf edir. Qlobal çağırışlar olan dünyada bir arada işləmək çox vacibdir. Azərbaycanda uğurlu xarici siyasət yürüdülür".
"Report" xəbər verir ki, bu fikirləri Avropa İttifaqının Azərbaycandaki Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi" sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı təhlükəsizlik sahəsində bir çox missiyalar həyata keçirir: "Bizim qurum təsis olunduqdan sonra ən böyük sülh dövrünü yaşayıb. Buna səbəb müxtəlif dövlətin bir-birinə olan maraqlarıdır və bu da bizim üçün vacibdir. Çünki bu münaqişəni mümkünsüz edir".
K.Yankauskas bildirib ki, bu il "Şərq Tərəfdaşlığı" proqramının 10 illiyi qeyd olunacaq: "Azərbaycan da bu proqramın üzvüdür. Biz bilirik ki, təhlüksəzilik, müstəqillik və ərazi bütövlüyü partnyorlarımız üçün önəmlidir. Avropa İttifaqı qloballaşan dünyda bir arada işləməyi təklif edir". 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/ai-resmisi-azerbaycanda-ugurlu-xarici-siyaset-yurudulur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR