Bu il 1610-dan çox şəxs özünüməşğulluq proqramına cəlb edilib

Bu il 1610-dan çox şəxs özünüməşğulluq proqramına cəlb edilib
13:47 4 May 2019
66 Digər
Ölkə mətbuatı
A- A+


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ildə artıq 1610 nəfər özünüməşğulluq proqramına cəlb edilib.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Bildirilib ki, onların əksəriyyəti əlilliyi olan şəxslər,sağlamlıq imkanları məhdud uşaqları olan valideynlər, məcburi köçkünlər, şəhid ailəsi üzvləri, ünvanlı sosial yardım alan ailələrin üzvləri və digər həssas qruplardan olanlardır.
Proqrama cəlb edilənlər üçün bir aylıq təlimlərkeçirilir. Təlimlərdə iştirakçılar biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələnirlər. Yekunda iştirakçıların özünüməşğulluq fəaliyyətinə hazırlıq səviyyələrinin, onların hazırladıqları biznes-planların qiymətləndirilməsi həyata keçiriləcək.
Biznes-planları uğurlu hesab edilən və özünüməşğulluq fəaliyyətinə hazır olduğu müəyyən edilən iştirakçılar kiçik ailə təsərrüfatlarının formalaşdırılması üçün mal və material formasında aktivlərlə təmin ediləcək. 




Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/bu-il-1610-dan-cox-sexs-ozunumesgulluq-proqramina-celb-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR