Toplantıda MHM tərəfindən qurumun portala qoşulması üçün texniki məsələlərin həll edilməsi istiqamətində və informasiya sisteminin FİN-ə uyğunlaşdırma ilə əlaqədar dəstəyin göstəriləcəyi vurğulanıb. Həmçinin, MHM "Azərişıq” ASC-yə informasiya sisteminin formalaşdırılmasının ilkin mənbədən aparılması üçün portal üzərindən İAMAS-dan servisin ötürülməsini təmin edəcək.
Toplantıda "Azərişıq” ASC tərəfindən portal üzərindən təqdim ediləcək elektron xidmətlərin adları müəyyənləşdirilib. Tezliklə portal üzərindən enerji haqlarının internet vasitəsilə ödənilməsi, işıq kodunun yeni abunəçinin adına keçirilməsi üçün e-müraciət, istehlakçıların elektrik şəbəkəsinə qoşulması üçün e-müraciət, enerji borcu olmaması barədə elektron arayış kimi elektron xidmətlər təqdim ediləcək.
İlkin mərhələdə portalda qeydiyyatdan keçən istifadəçinin FİN-ə görə işıq kodunun avtomatik təyin edilməsi və avtomatik təyin edilməsimümkün olmadıqda abonent kodunu əllə daxil edilməsi imkanları yaradılması nəzərdə tutulur.