Azərbaycan və Türkiyə arasında imtiyazlı ticarət əlaqələri yaradılacaq

Azərbaycan və Türkiyə arasında imtiyazlı ticarət əlaqələri yaradılacaq
15:09 6 May 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanla Türkiyə arasında imtiyazlı ticarət əlaqələrinin yaradılması ilə bağlı hər iki tərəfdən aparılan müzakirələr bitmək üzrədir. Bunu ONA-ya Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
 
Səfirin sözlərinə görə, qeyd olunan məsələyə dair nəticələr tərəflərin yekun görüşlərindən sonra bəlli olacaq.
 
"Bir-iki xırda məsələ qalıb ki, onların da müzakirəsi bitmək üzrədir", - deyə E. Özoral qeyd edib.
 
Xatırladaq ki, 2017-ci ilin oktyabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri çərçivəsində imtiyazlı ticarət sazişinin imzalanması ilə bağlı iki ölkə arasında anlaşma memorandumu imzalanmışdır. Ötən ilin aprel ayında isə hökumətlərarası güzəştli ticarət haqqında sazişin müzakirəsi barədə anlaşma memorandumu imzalandı.
 
Türkiyə ilə Azərbaycan arasında imtiyazlı ticarət əlaqələri malların qarşılıqlı çatdırılması ilə bağlı gömrük rüsumlarının endirilməsini nəzərdə tutur.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313673

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR