Azərbaycan, Rusiya və Türkiyə arasında memorandum imzalandı - FOTO

Azərbaycan, Rusiya və Türkiyə arasında memorandum imzalandı - FOTO
21:38 6 May 2019
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Mayın 6-da Ankarada “Azərbaycan Dəmir Yolları” QSC, “Rusiya Dəmir Yolları” ASC və “Türkiyə Cümhuriyyəti Dövlət Dəmir Yolları” (TCDD) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Publika.az xəbər verir ki, sənədi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Rusiya Dəmir Yolları” ASC-nin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorov və TCDD-nin baş direktoru Əli İhsan Uyğun imzalayıblar.

Mərasimdə Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan və digər rəsmi şəxslər iştirak ediblər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/277895.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR