"Report"un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin hazırlıq iclası mayın 10-na təyin edilib.
Qeyd edək ki, hadisə bu il yanvarın əvvəlində Bakının Xəzər rayonu ərazisində baş verib. Rayonun Türkan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş, 1968-ci il təvəllüdlü M.Balayev həyat yoldaşı, 1980-ci il təvəllüdlü C.Balayeva ilə mübahisə edib. Mübahisə nəticəsində M.Balayev C.Balayevanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.