Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

12:37 15 Yanvar 2015
122 Sosial
Ölkə mətbuatı
A- A+

Bakının əsas küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) APA-ya verilən məlumata görə, 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar olaraq Şəhidlər xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyi təmin etmək məqsədilə yanvarın 20-si saat 08:00-dan mərasim başa çatanadək Mikayıl Müşviq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşviq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi ilə Teleteatr binasının qarşısından, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

BŞDYPİ sürücüləri həmin gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, alternativ yollara üstünlük verməyə çağırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR