Azərbaycan millisinin futbolçusu Portuqaliyada 3 oyunluq cəzalanıb

Azərbaycan millisinin futbolçusu Portuqaliyada 3 oyunluq cəzalanıb
10:02 8 May 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan milli komandasının və Portuqaliyanın "Eştoril" klubunun futbolçusu Renat Dadaşov 3 oyunluq cəzalandırılıb.
“Report” xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının İntizam Şurası qərar qəbul edib. Səbəb kimi Sequndanın XXXII turunda evdə “Akademiko Viseu”ya 1:3 hesabı ilə uduzduqları oyunun 54-cü dəqiqəsində 20 yaşlı hücumçunun birbaşa qırmızı vərəqə alması göstərilib. 
Beləliklə, rəqib futbolçu Fernando Ferreyraya qarşı kobud oyuna görə meydandan qovulan gənc forvard üçün mövsüm erkən başa çatıb. Dadaşov cari çempionatın son 2 turunu, eləcə də növbəti mövsümdə açılış həftəsini buraxmalı olacaq.
“Eştoril” hazırda 51 xalla 4-cü pillədə qərarlaşıb və elitaya yüksəlmək şansını itirib.
Qeyd edək ki, Renat Dadaşov “Eştoril” klubu ilə ötən yay 2021-ci ilin iyuluna qədər müqavilə bağlayıb. O, cari çempionatda iştirak etdiyi 22 oyunda 4 qol vurub və 2 qırmızı vərəqə alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-millisinin-futbolcusu-portuqaliyada-3-oyunluq-cezalanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR