“Meydan TV”-nin daha 3 əməkdaşının ölkədən çıxışına qadağa ləğv edildi

“Meydan TV”-nin daha 3 əməkdaşının ölkədən çıxışına qadağa ləğv edildi
13:49 8 May 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

"Meydan TV" ilə bağlı daha 3 jurnalistin ölkədən çıxışına qoyulan qadağa götürülüb.
 
Qadağası ləğv olunanlardan biri, jurnalist Aytac Əhmədova ONA-ya bildirib ki, mayın 7-də onların ölkəni tərk etmək qadağası götürülüb. Bu barədə onlara Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin rəisi Eldar Əhmədov məlumat verib.
 
A.Əhmədova ilə yanaşı, Tural Əsədi və Aytən Fərhadovanın da sərhəd qadağası ləğv edilib. A.Əhmədova əlavə edib ki, bu qadağa onlara 2015-ci ildə “Meydan TV” ilə başlanmış cinayət işində şahid qismində dindirildiklərinə görə tətbiq edilib. O qadağanın götürülməsinə görə çox şad olduğunu, amma ölkədən getmək fikrində olmadığını bildirib.
 
Qeyd edək ki, bundan əvvəl jurnalistlər Aynur Elgünəş, İzolda Ağayeva, Natiq Cavadlı, Səlimə Cəlilova və yazıçı Rasim Qaracanın ölkədən çıxışına qoyulan qadağa götürülmüşdü.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313923

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR