Bakı, 6 may, AZƏRTAC
AZƏRTAC-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, Rusiyanın idman naziri Vitali Mutko qeyd edib ki, Bakıda keçiriləcək Avropa Oyunlarında müvəffəqiyyətli çıxışa görə idmançılara dünya və Avropa çempionatlarının ödənişlərinə bərabər tutulan mükafatlar verilə bilər.
O deyib: “Yəqin ki, Bakıda keçiriləcək Avropa Oyunlarının qaliblərinə veriləcək mükafatlar dünya və Avropa çempionatlarının mükafatlarına bərabər tutulacaq. Mayın 25-də Rusiya Prezidenti yanında idmana dair məşvərət planlaşdırılır. Orada bu məsələni qaldırmaq niyyətindəyəm. Prezident bəyənsə, edəcəyik, çünki bir çox növlərdə statusa görə bu, əslində Avropa çempionatlarıdır”.