Bakı-Ankara dəmiryolu xətti müzakirə mərhələsindədir - QSC-dən açıqlama

Bakı-Ankara dəmiryolu xətti müzakirə mərhələsindədir - QSC-dən açıqlama
16:08 8 May 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı-Ankara dəmiryolu xətti üzrə nəzərdə tutulan qiymətlər hələ mövcud deyil.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat veriblər.

Qurumdan bildirilib ki, Türkiyə tərəfinin yaydığı məlumatlar hələ müzakirə mərhələsindədir:

"Bu barədə hələlik yekun qərar yoxdur, qeyd olunan rəqəmlər Türkiyə tərəfinin təklifidir. Bu barədə müzakirələr aparılır".

Qeyd edək ki, Türkiyə mətbuatının yaydığı məlumatda bildirilir ki, bu ilin avqustundan BTQ-nin davamı olaraq Ankara-Bakı marşrutu üzrə dəmiryolu xətti həyata keçiriləcək.Məlumata əsasən kupelərin tipindən asılı olaraq, qatar biletlərinin qiyməti 96 - 220 AZN arası dəyişəcək:

"Qatar 246 sərnişin üçün nəzərdə tutulub. Səfər müddətinin 40 saatdan çox olacağı güman edilir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3059233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR