"İlk hamiləliyimdə təxminən 32 kiloqram, daha dəqiq olsam, 31,765 kiloqram kökəlmişdim. İndi ikinci övladım doğulub, amma çəkim "cəmi" 13,6 kq artıb. Deməli, inkişaf var".
Tanınmış model və aktrisa Mila Yovoviç ikinci övladına hamiləliyindən bəhs edib.
Milli.Az TMZ-yə istinadən bildirir ki, avqustda "Resident Evil: The Final Chapter" filminin çəkilişlərinə hazırlaşan 39 yaşlı aktrisa "Romy and the Bunnies"ə verdiyi müsahibəsində deyib: "Ərim Pol Andersonla sevincli günlərimizi yaşayırıq. 7 yaşlı Ever Qabonun kiçik bacısı Daşel Eden aprelin 1-də doğuldu. Hamiləliyim asan olmadı. Son aylarda faktiki olaraq ev dustağına dönmüşdüm. Hərəkət etmək istəmirdim.
Üstəlik, ilk hamiləlik dövrümdən fərqli olaraq çox kökəlmək, çəkimi artırmaq niyyətində deyildim. Daha doğrusu, buna yol verməməyə çalışdım. Sağlam pəhriz saxlayır, hər gün 12 min addım yol qət edirdim".

Milli.Az