Kataloniyada növbədənkənar seçkilər keçiriləcək

Kataloniyada növbədənkənar seçkilər keçiriləcək
14:53 15 Yanvar 2015
111 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir Məftun Salmanov/

İspaniyanın Kataloniya Muxtar Vilayətinin iki qabaqcıl partiyası növbədənkənar seçkilər keçirmək barədə razılığa gəlib. Trend-in cümə axşamı "Euronews" telekanalına istinadən verdiyi məlumata əsasən, Muxtar Vilayətin rəhbəri Artur Mas bildirib ki, seçkilər bu ilin sentyabrın 27-nə təyin edilib.

A.Mas daha əvvəl seçkilərin plebisit formasında keçiriləcəyini demişdi: "Bu, Madriddən ayrılmaq haqqında referenduma alternativdir".

Qeyd edək ki, 2014-cü ilin noyabrın 9-da Kataloniyada müstəqillik haqqında referendum keçirilmişdi. Hüquqi qüvvəsi olmayan referendumda seçicilərin 80 faizi müstəqilliyin lehinə səs vermişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2353594.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR