Aygün və Brilliant yenə də burun-buruna

Aygün və Brilliant yenə də burun-buruna
18:05 15 Yanvar 2015
131 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanın xalq artisti Aygün Kazımovanın bu il Amerikada keçiriləcək “Big Apple Music Awards 2015” mükafatlandırma mərasimində iştirak edəcək. Milli.Az tabloid.az-a istinadən xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytı xəbər dərc edib. Bu gün isə təşkilat müsabiqənin daha bir azərbaycanlı iştirakçısının adını açıqlayıb.

Məlum olub ki, Azərbaycanın xalq artisti Brilliant Dadaşovanın adı da nominatlar siyahısındadır.

Qeyd edək ki, xalq artisti Brilliant Dadaşova ötən il həmin yarışmanın keçirildiyi ABŞ-ın Nyu York ştatından da mükafatla dönmüşdü.

Məlumat üçün bildirək ki, iki xalq artisti arasında soyuq münasibət var və onlar bir-biri ilə danışmırlar.

Odur ki, hər iki müğənnimizə bu yarışda uğur arzu edirik.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/319245.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR