Trend-in məlumatına görə, bunu bu gün Berlində keçirilən Konrad Adenauer Fondunun təşkil etdiyi "Avropanın enerji siyasətinin perspektivləri" mövzusunda keçirilənbeynəlxalq konfransda çıxışı zamanı Bakı Dövlət Universitetinin müəllimi, enerji və təhlükəsizlik məsələləri üzrə ekspert Bəxtiyar Aslanbəyli deyib.
Ekspert, həmçinin Avropa ölkələrinin enerji təminatı ilə bağlı yeni layihələrin istehsalçı və tranzit ölkələrin təhlükəsizllik durumuna təsiri imkanları barədə danışdı. Cənubi Qafqazda mövcud təhlükəsizlik durumunu şərh edərək mümkün təhdidləri bir daha xatırlatdı. Bölgədə dondurulmuş münaqişələrin mövcudluğuna diqqət çəkərək bu münaqişələrin hər hansı birinin aktivləşməsinin Cənub Qaz Dəhlizinin reallaşmasına ciddi əngəl olacağını vurğuladı.
B.Aslanbəyli mümkün risk faktorlarının və layihənin reallaşdırılması mərhələsində Azərbaycanın və Gürcüstanın üzləşə biləcəyi potensial təhlükəsizlik təhdidlərinin AB tərəfindən də lazımınca dəyərləndirilməsinin və mümkün təhlükəsizlik risklərin əvvəlcədən qiymətləndirilməsinin vacibliyini vurğuladı.
Qeyd edək ki, konfransda Avropa Komissiyasının, Avropa Parlamentiinn, ABŞ Konqresinin Enerji Komitəsinin, Alman Bundestaqının rəsmiləri ilə yanaşı Türkiyə, Rusiya, Norveç, Niderland, Tunis, Yunanıstan və Azərbaycandan gəlmiş ekspertlər iştirak ediblər.
Milli.Az