Bakı sakini saxta sənədlə bankdan min manat kredit alıb.

Lent.az-ın məlumatına görə, Nəsimi RPİ 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Fərhad Abdullayevin sənədləri saxtalaşdırmaq yolu ilə “Bank of Baku”dan kredit şəklində 1000 manat alması müəyyən edilib.