Azərbaycan Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
10:17 10 May 2015
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümüdür. “Report” xəbər veri ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, Ulu Öndərin doğmaları, yaxınları onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər.
Prezident İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin ruhu qarşısında baş əyib.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Prezident İlham Əliyevin xanımı Mehriban Əliyeva və ailə üzvləri Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyublar.
Sonra dövlət başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət etdilər və gül dəstələri qoyublar.
Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində hökumət üzvləri, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/azerbaycan-prezidenti-umummilli-lider-heyder-eliyevin-mezarini-ziyaret-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR