"Xəzər Lənkəran" yeniləri təqdim etdi (VİDEO)

"Xəzər Lənkəran" yeniləri təqdim etdi (VİDEO)
01:46 16 Yanvar 2015
82 İdman
Ölkə mətbuatı
A- A+

"Xəzər Lənkəran TV" komandanın əsas heyət üzvlərini azarkeşlərə tanıtmaq üçün yeni rubrikaya start verib.

ANS PRESS-in məlumatına görə, bu dəfə cənubluların daha 3 futbolçusu - Elşən Rzazadə, Elsevər Bəkirzadə, Nurxan Mənzimzadə təqdim edilib.

Qeyd edək ki, hazırda Antalyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" artıq iki sınaq matçı keçirib.

Heyətində gəncləşdirmə siyasəti aparan Lənkəran təmsilçisi Türkiyənin həvəskarlar liqasında çıхış edən "Tekirdağspor" klubu ilə qarşılaşıb.

Yeni baş məşqçi Elbrus Məmmədovun ilk dəfə komandanı meydana çıхardığı oyun "sülh"lə başa çatıb - 2:2. Hesabı 9-cu dəqiqədə Ağabala Ramazanov açıb. 59-65-ci dəqiqələrdə iki qol buraхan "Xəzər Lənkəran" məğlub duruma düşüb. 89-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən Rahid Əmirquliyev bərabərliyi təmin edib.

Cənublular "Çemnitzer" (Almaniya) ilə görüşdə 2:0 məğlub olub.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=319988

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR