Avropa Oyunları ilə bağlı dəmir yolu vağzalı ilə “Koroğlu” metro stansiyası arasında elektrik qatarları işləyəcək

Avropa Oyunları ilə bağlı dəmir yolu vağzalı ilə “Koroğlu” metro stansiyası arasında elektrik qatarları işləyəcək
11:32 10 May 2015
Ölkə mətbuatı
A- A+

[ 10 May 2015 11:29 ]

“Azərbaycan Dəmir Yolları” İlk Avropa Oyunları ilə bağlı üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İlk Avropa Oyunları ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC Bakı sərnişin stansiyası ilə “Koroğlu” metro stansiyası arasında elektrik qatarlarını xəttə buraxılmasını təmin edəcək.

 

APA-Economic”ın məlumatına görə, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

 

“Azərbaycan Dəmir Yolları” bu istiqamətdə sərnişinlərin elektrik qatarları ilə daşınmasını təmin edəcək”, - deyə C. Qurbanov qeyd edib.

 

Sədr əlavə edib ki, ümumilikdə, “Azərbaycan Dəmir Yolları” QSC İlk Avropa Oyunları ilə bağlı üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383027

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR