ABŞ-ın Missisipi ştatında iki polis öldürülüb

11:32 10 May 2015
29 Dünya
Ölkə mətbuatı
A- A+

[ 10 May 2015 11:28 ]

Bakı. Ağa Cəfərli - APA. ABŞ-ın Missisipi ştatında iki polis naməlum şəxs tərəfindən öldürülüb.

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə dünən Hattisberq şəhərində baş verib.

 

Polislər avtomobili yoxlamaq üçün saxladıqda, avtomobildən onlara atəş açılıb.

 

Yaralanmış polislər xəstəxanaya çatdırılsalar da, onları xilas etmək mümkün olmayıb.

 

Polislərin avtomobil oğrusu tərəfindən qətlə yetirildiyi güman edilir.   

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədən şəxsin tapılması istiqamətində işləri davam etdirirlər.

 

Polisdən həmçinin bildirilib ki, son 30 ildə belə hadisə baş verməyib. Hattisberg meri hadisəni törədən şəxs tutulana qədər vətəndaşlara evdən çıxmamağı tövsiyə edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383024

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR