Dahi şəxsiyyət Heydər Əliyevin tarixi xidmətləri əvəzsizdir

18:08 10 May 2015
207 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 10 may, İbrahim Əsədov, AZƏRTAC 
Azərbaycan xalqı hər il mayın 10-da ümummilli lider Heydər Əliyevin doğum gününü dərin ehtiramla qeyd edir. Çünki bugünkü qüdrətli, güclü, dünyada tanınan müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu dahi rəhbər Heydər Əliyevdir.
Bu fikri Ulu Öndərin əziz xatirəsini anmaq üçün Fəxri xiyabana gəlmiş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran AZƏRTAC-a müsahibəsində vurğulayıb.
S.Aran qeyd edib ki, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin hələ ölkəmizə rəhbərliyinin birinci dövründə -1969-1982-ci illərdə Azərbaycanın çiçəklənməsi, keçmiş sovet respublikaları arasında ən qüdrətli ölkələrdən birinə çevrilməsi üçün müstəsna xidmətləri olub. Həmin illərdə Azərbaycanda çox böyük uğurlar qazanılıb. 1993-cü ildə xalqın tələbi ilə ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdıb və Azərbaycanı düçar olduğu böyük bəlalardan xilas edib, ölkəni tərəqqi yoluna çıxarıb. Dahi şəxsiyyət Heydər Əliyevin xalq və Vətən qarşısında tarixi xidmətləri əvəzsizdir.
Komitə sədrinin birinci müavini bildirib ki, bu gün müasir müstəqil Azərbaycanda qazanılan bütün nailiyyətlər dahi rəhbər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Azərbaycan dünyanın tolerantlıq mərkəzlərindən biridir. Ölkəmizdə müxtəlif millətlərin nümayəndələri çox mehriban yaşayırlar. Onlar hamısının vətəni Azərbaycandır.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dahi_sexsiyyet_Heyder_Aliyevin_tarixi_xidmetleri_evezsizdir-853985

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR