"Liverpul"un İngiltərə Premyer Liqasının 36-cı turu çərçivəsində oynanılan matçda "Çelsi" ilə heç-heçə etdiyi barədə məlumat vermişdik.
Metbuat.az-ın xəbərinə görə, "qırmızılar" bu nəticənin ardından növbəti mövsüm Çempionlar Liqasında iştirak etmək haqlarını itirib. Hazırda Mersisayd klubu ilə 4-cü pillədə qərarlaşan "Mançester Yunayted" arasında 6 xal fərq var. Lakin sözügedən iki komandanın vurduğu və buraxdığı qol fərqinə nəzər salanda "Liverpul"un MY-ya çatmaq şansının möcüzəyə bərabər olduğu ortaya çıxır.
Belə olan halda, İngiltərəni növbəti mövsüm Çempionlar Liqasında "Çelsi", "Mançester Siti", "Arsenal" və "Mançester Yunayted" təmsil edəcəklər.