"Boğazında qalar Serj"

"Boğazında qalar Serj"
12:31 11 May 2015
47 Dünya
Ölkə mətbuatı
A- A+

Murmanskada çörək pulu qazanan Hrant Barseqyan Serj Sarksisyanın erməni əmək miqrantlarından 13 faiz vergi tutmaq istəyinə qarşı üsyan edib.

ANS PRESS-in məlumatına görə, erməni portallarından birinə məktub yazan Barseqyan bildirib ki, onun Ermənistana heç bir borcu yoxdur. Ali təhsilli tarixçi olan Hrant İrəvanda iş tapa bilmədiyinə görə üç il qabaq Murmanska getməli olub.

Orada şimal buzlarının arasında yol çəkməklə məşğuldur. “Şaxtada əllərin, qulağın, burnun qaralsa da, sən buna fikir verməməlisən, çünki işi vaxtında təhvil verməlisən. Yanımızdan keçən ruslar isə bizə onların əlindən iş yerlərini almış gəlmə qoyun sürüsü kimi baxır”,- deyə Barseqyan vəziyyətini izah edir.

Ermənistan büdcəsinə bir qəpik də verməyəcəyini deyən Hrant Barseqyan bildirib: “Məgər Murmanskda işi mənə Ermənistan tapıb? Hansısa erməni məmur bizim burda necə yaşadığımızla maraqlanıb? Boğazınızda qalar, Serj Azatoviç. Niyə mən Ermənistana vergi ödəməliyəm? Mən onsuz da hər ay ailəmə 250 dollar göndərirəm və onlar həmin pulu Ermənistanda xərcləyib kasıbçılıqlarını edirlər”,- deyə erməni miqrant vurğulayır.

Əslində, Hrant Barseqyanın göndərdiyi 250 dollar supermarketlərin vasitəsi ilə Serj Sarkisyana yaxın olan erməni oliqarxların cibinə gedir. Amma Serjik bununla kifayətlənmir, ondan əlavə 100 - 150 dollar qopartmaq istəyir ki, korrupsiya yolu ilə onu da dostlarının şirkətinə fırlatsın.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=343689

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR