Tokio, 11 may, AZƏRTAC
Mayın 11-də Tokio yaxınlığında yerləşən Yamanaşi prefekturasında turist avtobusu yükdaşıyan maşınla toqquşub. Qəza nəticəsində 30 nəfər yaralanıb. Xəsarət alanların zədələrinin ağır olmadığı bildirilir.
Hazırda polis hadisənin baş verməsi səbəblərini araşdırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio