Məşhur aktyor İŞİD-lə savaşmağa getdi - FOTO

Məşhur aktyor İŞİD-lə savaşmağa getdi - FOTO
14:42 11 May 2015
61 Dünya
Ölkə mətbuatı
A- A+

Aktyor Conni Depp, Tom Kruzla filmlərə çəkilib
İngilis aktyor terrorçularla mübarizə qoşuldu.

Anspress-in məlumatına görə, Maykl Enrayt (Michael Enright) İŞİD-i məhv etmək niyyətindədir.

Hollivud filimlərində rol alan, "Karib dənizinin quldurları", "Gecə-gündüz" filmlərində Conni Depp, Tom Kruz kimi məşhurlarla rol alan aktyor Suriyaya gedib.

O, amerikalı jurnalist Ceyms Foulinin qan donduran edam görüntülərindən sonra İŞİD-i yox etmək qərarına gəlib. İndi o, Suriyanın şimalındakı Sincar dağlarında döyüşçülərdən təlim alır.

"Daily Mail"in telefonlarına cavab verən 51 yaşlı aktyor terrorçuları məhv etmək niyyətindədir. "Onları tamamilə yox etmək, gördüyüm yerdə öldürmə nöqtəsinə gəlmişəm. İŞİD ürək bulandırır".

Onun səbr kasasını daşdıran isə iordaniyalı pilotun diri-diri yandırılması olub. Bu görüntüləri telefonuna yükləyən aktyor savaş əzmi azalan kimi onları izləyir.

Enrayt gözləri bağlı halda avtomat söküb-yığmağı belə öyrənib. O, digər döyüşçülər kimi hərbi geyimdə, yanında avtomatı ilə yatır.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/339754.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR