Toyda bəyə əmzik verdilər - VİDEO

Toyda bəyə əmzik verdilər - VİDEO
15:05 11 May 2015
113 Dünya
Ölkə mətbuatı
A- A+

Toy məclisi bəyə edilən maraqlı hədiyyələrlə yadda qalıb
Türkiyədə bir toy məclisində bəyə maraqlı hədiyyələr verilib.

Anspress-in məlumatına görə, açıq havada keçirilən toy məclisində səbəbkarlar Nihal və İmdat Demir cütlüyü rəqs edib.

Rəqsdən sonra bəy və gəlinə hədiyyələr verilib. Cütlüyə qohumları və yaxınları tərəfindən müxtəlif hədiyyələr təqdim edilib. Bəyin dostları isə toy mərasimində hədiyyələri ilə sürpriz edib. Bəy dostlarının karton qutulardakı hədiyyələrini açdıqdan sonra xeyli təəccüblənib.

Hədiyyə qutusundan çıxan heyva gəlinə verilib və dostlar meyvəni bəyə yedizdirməyi xahiş ediblər. Daha sonra bəyə oxlov, uşaq əmziyi və önlük hədiyyə edilib. Gördükləri qarşısında təəccübünü gizlətməyən bəy bu zarafata gülərək reaksiya göstərib. Dostların maraqlı zarafatı kameralar tərəfindən qeydə alınıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/339751.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR