I Avropa Oyunları vaxtı kim xəstələnsə... (VİDEO)

I Avropa Oyunları vaxtı kim xəstələnsə... (VİDEO)
01:41 12 May 2015
40 İdman
Ölkə mətbuatı
A- A+

“Bakı 2015”in başlanğıcına 32 gün qaldı. İlk Avropa Oyunlarına hazırlıqlar sürətlə gedir. Səhiyyə Nazirliyi də bu işlərdən kənarda qalmayıb. Xüsusi hazırlıqlar gedir. Oyunlar zamanı qonaqlar və idmançılar arasında tibbi yardıma ehtiyacı olanlara dərhal kömək ediləcək. Paytaxtın iki xəstəxanasında onlar üçün xüsusi şərait yaradılıb.

I Avropa Oyunları zamanı insanların sağlamlıq vəziyyəti ilə bağlı problem olsa, onlar əvvəlcədən müəyyənləşdirilmiş tibb müəssisələrində hospitalizasiya ediləcəklər.

Paytaxtda iki tibb müəssisəsi - 1 saylı Klinik Xəstəxana və Bakı Sağlamlıq Mərkəzində lazımi şərait yaradılıb. Bakı Sağlamlıq Mərkəzi artıq tibbi yardıma ehtiyacı olan şəxslər qəbula tam hazırdır. Bütün şöbələr lazımi avadanlıqlarla təchiz edilib. Belə şöbələrdən biri də şok əleyhinə palatadır.

Belə ki, təcili yardım vasitəsilə huşunu itirmiş vəziyyətdə olan xəstə dərhal klinikanın müvafiq şöbəsinə yerləşdirilir. Məhz müsair avadanlıqlarla təchiz edilmiş otaqda xəstəyə müvafiq yardım göstərilir. Xəstə özünə gəldikdən sonra təyinatına uyğun olan şöbəyə yerləşdirilir.

Xəstəxanada tibbi personallar da bütün lazımi təlimləri keçib. Xəstəxananı 750-dən çox tibb personalının bir hissəsi sırf Avropa Oyunlarında turist və idmançılara xidmət göstərəcək.

Bakı Sağlamlıq Mərkəzində 550 çarpayı var. Xəstəxananın 6-cı mərtəbəsi xarici turistlər və idmançılar üçün tibbi yardıma hazırlanıb. Palatalarda şərait yaradılıb.

Ümumiyyətlə I Avropa Oyunları zamanı Bakı şəhərinin tibb müəssisələrindən yarış obyektlərində tibbi xidmətlərin göstərilməsi üçün 300 səhiyyə işçisi ayrılıb.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Heyəti 2014-cü ilin mart ayından ilkin tibbi yardım üzrə xüsusi təlimlərə cəlb olunub, həkimlər üçün İngilis dili kursları təşkil edilib, eyni zamanda, 100 ədəd müasir təcili tibbi yardım maşını alınıb.

I Avropa Oyunları zamanı təcili yardım briqadalarının 25 obyektdə xidmət göstərəcəyi, bir gündə maksimum 34 briqadanın növbətçi işə cəlb olunacağı nəzərdə tutulub.

Mənbə
ANS TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=343814

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR