Rusiyanı ağır günlər gözləyir

Rusiyanı ağır günlər gözləyir
10:54 16 Yanvar 2015
88 Dünya
Ölkə mətbuatı
A- A+

“Moody’s” beynəlxalq reytinq agentliyi Rusiya ÜDM-nin 2015-ci ildə 5,5 faiz aşağı düşəcəyini proqnozlaşdırıb.
 
APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl, yanvarın 9-da Fitch beynəlxalq reytinq agentliyi Rusiya ÜDM-nin 2015-ci ildə 4 faiz, inflyasiyanın isə 8,5 faiz səviyyəsində olacağın açıqlamışdı.
 
Bundan əvvəl Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bəyan etmişdi  ki, 2015-ci ildə neftin bir barelinin qiymətinin 45 dollar səviyyəsində qalacağı təqdirdə Rusiyanın ÜDM-i   4-5 faiz aşağı düşəcək.   
 
Qeyd edək ki, Londonun ICE qitələrarası birjasında yanvarın 15-də “Brent” markalı neftin bir barelinin qiyməti   47,67 dollar təşkil edib.
 
Dünya Bankı Rusiyanın ÜDM-nin 2015-ci ildə 2,9 faiz aşağı düşəcəyini proqnozlaşdırıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR