Universitetdə qalmaqal: "Professor qızımı imtahanda lüt soyundurdu" - FOTO

Universitetdə qalmaqal: "Professor qızımı imtahanda lüt soyundurdu" - FOTO
11:05 12 May 2015
492 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində yerləşən yerli dövlət universitetində böyuk qalmaqal qopub.
 
Universitet müəllimlərindən biri, professor Rikardo Domingesdən şikayətlənən valideyn onun həbs olunmasını tələb edir.
 
Milli.Az ABC10 News-a istinadən bildirir ki, Kaliforniya Universitetinin (University of California) tələbələrindən biri, 19 yaşlı qızın anası övladının əxlaqsız tələblərlə qarşılaşdığını söyləyib.
 
"Qızım rəngkarlıq və vizual dizayn fakültəsində təhsil alır. Fakültədə dərs deyən professor Rikardo Dominges isə tələbə qızlara bildirib ki, naturadan şəkil çəkməyi daha yaxşı öyrənmək üçün onlar studiyada növbə ilə soyunmalı, naturaçı qadın olmalı, kurs yoldaşlarına lüt vəziyyətdə pozalar verməlidirlər. Sonra şəkil çəkənlə şəkli çəkilən yerlərini dəyişirlər.

Dominges bildirib ki, belə olmasa, onlara imtahanda qiymət yazmayacaq. Professor bu minvalla qızımı imtahanda lüt soyundurdu. Qızım naçar qalıb, tələbə yoldaşlarına pozalar verib və yalnız bundan sonra qiymət ala bilib".
 
R.Dominges iddiaları böhtan adlandıraraq rədd edib və universitetdə dərs dediyi 11 il müddətində heç bir tələbənin, yaxud valideynin ondan şikayətlənmədiyini bildirib.
 
"Rəngkarlıqdan, bodi-artdan, dizayndan dərs deyirəm. Təbii ki, rəsm dərslərində naturaçı qadınlar olur. Rəssamlığın nə olduğunu anlayan adamlar bunu başa düşərlər. Naturaçı qadın nə zamandan tərbiyəsizlik, əxlaqsızlıq, erotik obyekt olub?! İnsan nə qədər daş düşüncəli, xurafatçı olmalıdır ki, belə düşünsün?!

Auditoriyada və emalatxanada dərslərim zamanı nələr baş verdiyini universitet rəhbərliyindən tutmuş, tələbələrin valideynlərinədək hamı bilir. Belə sarsaq iddia ilə ilk dəfədir qarşılaşıram. Bilmirəm, gülüm, ya hirslənim", - professor Rikardo Dominges deyib.

Milli.Az
 









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/339834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR