Serjə faciə proqnozu

Serjə faciə proqnozu
11:31 16 Yanvar 2015
155 Digər
Ölkə mətbuatı
A- A+

"Moody's" Beynəlxalq Reytinq Agentliyi Rusiya iqtisadiyyatı və ona bağlı olan Ermənistanla ilə əlaqədar xüsusi qiymətləndirmə aparıb.

ANS PRESS xəbər verir ki, agentliyin proqnozuna görə 2015-ci ildə Rusiyada ümumi daxili məhsulun (ÜDM) həcmi 5,5% azalacaq. Bildirilir ki, bu barədə Ermənistanın kredit reytinqinin enməsi haqqında bir gün əvvəl elan edilmiş xəbərdə də yer alıb.

"Moody's"un proqnozuna əsasən, bu il Rusiyada, Ermənistanda iqtisadi fəallıq azalacaq. Rusiya ilə bu ölkə arasındakı tarixən möhkəm olan ticarət əlaqələrində neqativ nəticələrin müşahidə ediləcəyi gözlənilir. İxrac əməliyyatları, maliyyə köçürmələri demək olar, dayana bilər. Rusiyaya Ermənistandan 23% mal ixrac olunur."

Xatırladaq ki, Dünya Bankı da Rusiya iqtisadiyyatı üzrə bədbin proqnozlar verib. Neftin qiymətinin ucuz qalacağı təqdirdə Rusiyanın ümumdaxili məhsulunun həcmi 2,9 faiz azalacaq, Bir ay bundan əvvəl isə bank Rusiyada iqtisadi geriləmənin 0,7 faiz azalacağı proqnozlaşdırırdı.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=320045

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR