Lənkəran- Lerik yolunda uçqun: yolda hərəkət dayandı

Lənkəran- Lerik yolunda uçqun: yolda hərəkət dayandı
12:59 12 May 2015
141 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Lənkəran-Lerik yolunun 29-cu kilometrliyində uçqun olub. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev məlumat verib. Onun sözlərinə görə, uçqunun baş verməsinə səbəb son günlər havaların yağıntılı keçməsidir. Hadisə nəticəsində yolda hərəkət dayanıb: “Hazırda Nazirliyin əməkdaşları hadisə yerində araşdırma aparırlar. Artıq yol təmizlənib və avtomobillərin hərəkəti bərpa olunub”.

 

 

Ə. Piriyev deyib ki, Lənkəran-Lerik yolunun başqa hissələrində də zəif uçqunlar qeydə alınıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/202358

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR