"Bizdə alınacaq, ömür boyu bir yerdə olacağıq"

Müğənni Samir Cavadzadə "Region TV"də yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib.

Sevilən ifaçı evlənmək istədiyini açıqlayıb: "Çox istəyirdim, amma evlənmək alınmadı. Artıq o barədə mən də sərt olmuşam bir az. Depressiyada deyiləm. 3-4 gün görünməyəndə dostlarım soruşurlar ki, depressiyadaydın? Deyirəm, niyə? Hal-hazırda həyatımda heç kim yoxdur. Amma ilin axırına kimi subaylığın daşını atmaq istəyirəm. Ailə sahibi olmaq istəyirəm, övlad istəyirəm. Evlənəcəyim insanı özüm seçməliyəm. Bir-birimizə baxanda başa düşməliyik ki, bizdə alınacaq, ömür boyu bir yerdə olacağıq. 1-2 namizəd də var".

Tanınmış müğənni burnundakı estetik əməliyyat haqda danışıb: "Burnum şişdir, çünki təzə əməliyyat olunmuşam. Nəfəs almağım çətinləşmişdi deyə, əməliyyat etdirdim. Həkim dedi ki, əməliyyat etdirməsən, səsinə maneə yaradacaq. Həkimə zəng edib deyirəm ki, mənim burnum əvvəlkindən daha yekədir elə bil, o da deyir ki, təzə əməliyyat olunmusan, şişdir, düzələcək".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.


Samir: "Burnum əvvəlkindən daha yekədir" - VİDEOфото