Müğənni Samir Cavadzadə "Region TV"də yayımlanan "Şou məkan" verilişinə açıqlamalar verib.
Axşam.az-ın məlumatına görə, ifaçı evlənmək istədiyini bildirib:
"Evlənməyi çox istəyirəm, amma alınmır. Hal-hazırda həyatımda heç kim yoxdur. Amma ilin axırına kimi subaylığın daşını atmağı düşünürəm. Ailə, övlad istəyirəm. Evlənəcəyim xanımı özüm seçməliyəm. İlk baxışdan başa düşməliyik ki, bizim münasibətimiz alınacaq, ömürboyu bir yerdə olacağıq. Hazırda bir-iki namizəd var".
S.Cavadzadə plastik əməliyyat etdirdiyini bildirib:
"Burnum şişdir, çünki təzə əməliyyat olunmuşam. Nəfəs almağım çətinləşmişdi deyə, əməliyyat etdirdim. Həkim dedi ki, olunmasa səsinə mənfi təsir edəcək. Şikayətlənirəm ki, ndiki burnum əvvəlkindən daha yekədir. Həkim deyir, şişdir, düzələcək".