Almaniyanın "Ayntraxt" klubu Əbu-Dabi toplanışı çərçivəsində yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, Frankfurt təmsilçisi digər Bundesliqa klubu "Hamburq"la qarşılaşıb.
Oyun "Ayntraxt"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan yığmasının qapıçısı Emil Balayev ehtiyatda qalıb. "Ayntraxt"ın qapısını Kevin Trapp qoruyub.
Fanat.az