x
Loading...

"Müasir Türk Rəsm Sənətində Təxəyyül, Məkan və Zaman" adlı sərginin açılışı olacaq - FOTO

"Müasir Türk Rəsm Sənətində Təxəyyül, Məkan və Zaman" adlı sərginin açılışı olacaq - FOTO
18:37 12 May 2015
Ölkə mətbuatı
A- A+

Mayın 13-də Heydər Əliyev Mərkəzində “Müasir Türk Rəsm Sənətində Təxəyyül, Məkan və Zaman” adlı sərginin açılış mərasimi keçiriləcək.
Mərkəzdən Trend-ə verilən məlumata görə, Bakıda ilk dəfə təqdim olunan bu sərgi Türkiyə Respublikasının Mərkəzi Bankı ilə birgə təşkil edilib.
Sənətsevərlər ekspozisiyada Türkiyənin rəsm sənətinin inkişaf və dəyişmə dinamikasını izləyə biləcək.
 
Qeyd edək ki, Türkiyə Respublikası Mərkəzi Bankı respublikanın qurulduğu ilk illərdə mədəniyyət və incəsənətin inkişafına dəstək məqsədilə sənət kolleksiyası yaratmağı qərarlaşdırmışdı. 1930-cu illərin ikinci yarısından etibarən formalaşdırılan kolleksiya bu günümüzə qədər Türkiyə rəssamlığının görkəmli nümayəndələrinə aid əsərlərlə zənginləşdirilib. Kolleksiyadakı əsərlərin sayı artıq 900-ə çatıb və onların əksəriyyəti rəsmlərdən ibarətdir.
 
2003-cü ildən indiyə kimi 16 ölkədə kolleksiyanın əsərlərindən ibarət 18 sərgi təşkil olunub. ABŞ, Almaniya, Albaniya, Avstriya, Bosniya və Hersoqovina, Bolqarıstan, Kipr, Lüksemburq, Çili, İspaniya (Madrid və Barselona), Makedoniya, Niderland, Rusiya (Kazan və Ufa), Polşa, Yaponiya və Malayziyada keçirilmiş sərgilərdə müxtəlif unikal əsərlər təqdim edilib.

Sənət kolleksiyasının seçmə əsərlərindən ibarət olan “Müasir Türk Rəsm Sənətində Təxəyyül, Məkan və Zaman” sərgisi Heydər Əliyev Mərkəzində 31 iyul 2015-ci il tarixinədək davam edəcək.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/339996.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR