​Nepalda ABŞ-a məxsus hərbi vertolyot yoxa çıxıb

​Nepalda ABŞ-a məxsus hərbi vertolyot yoxa çıxıb
00:32 13 May 2015
65 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 may. REPORT.AZ/ ABŞ-ın Dəniz Piyadaları Korpusuna məxsus vertolyotun Nepalda zəlzələdən zərər çəkənlərə yardım göstərən zaman qəzaya uğradığı ehtimal edilir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Sakit okean Komandanlığı məlumat verib.
Məlumata görə, vertolyot ilə əlaqə itib.
Hava gəmisinin göyərtəsində səkkiz nəfər olub - altı dəniz piyadası və iki nepallı.
"UH-1Y Huey" vertolyotu zəlzələdən zərər çəkənlərə yardımın çatdırılması üzrə əməliyyatlarda iştirak edib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/nepalda-abs-a-mexsus-herbi-vertolyot-yoxa-cixib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR