ANS PRESS-in məlumatına görə, almaniyalı azarkeşlər stadionun tribunasından Emillin şərəfinə plakat asıblar. Plakatda Emilin adı Azərbaycanın üçrəngli bayrağının rənglərinə uyğunlaşdırılıb.
Qeyd edək ki, "Neftçi"nin və milli komandamızın qapıçısı Emil Balayev Almaniyanın Bundesliqa klubu “Ayntraxt”la müqavilə imzalayıb.
Almaniya təmsilçisinin heyətində baxışdan uğurla keçmiş Emil Balayev adı çəkilən klubun şərəfini qorumağa başlayıb. 20 yaşlı futbolçu Azərbaycannın ən perspektivli futbolçularından sayılır.
